Məşhur italyan müğənni Ukraynanın "qara siyahı"sına düşdü

Ukraynanın Mədəniyyət Nazirliyi məşhur italyan müğənni Albano Karrizini qara siyahıya daxil edib.
 
ONA xəbər verir ki, bu barədə nazirliyin rəsmi internet səhifəsi məlumat yayıb.
 
Bildirilir ki, müğənni ölkənin milli təhlükəsizliyinə təhlükə kəsb edir. Ancaq təhlükənin nədən ibarət olduğu qeyd olunmur.
 
Ukraynanın qara siyahısına həmçinin yazıçı Zaxar Prilepin, müğənnilər Oleq Qazmanov, Qriqori Leps, Nikolay Rastorquyev, aktyorlar Nikita Mixalkov, Mixail Boyarskiy, Mixail Poreçenkov və Jerar Depardye daxil edilib.
 
Qeyd edək ki, 2013-cü ildə Azərbaycan Albano Karrizini Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına salmışdı. Müğənni üzr istəyəndən sonra isə adı bu siyahıdan çıxarılmışdı.

LENT

19 Mart 2019

Digər xəbərlər >>>