[b]Futbolçu qara görə topu boş qapıya vura bilmədi - VİDEO[/b]
11 mart 2019 17:22 (UTC +04:00)

[b]Futbolçu qara görə topu boş qapıya vura bilmədi - VİDEO[/b]

Almaniyanın “Hannover” klubunun hücumçusu Qenki Haraquçi “Bayer”ə qarşı keçirilən matçda  güclü qara görə topu boş qapıdan keçirə bilməyib.
 
Kuryoz anın görüntüsü “Guardian Football” YouTube kanalında yayılıb.
 
Lent.az oxu.az-a istinadən bildirir ki, oyunda hesab 0:2 olduğu bir vaxtda Haraquçi rəqib komandanın qapıçısını aldadaraq, topu boş qapıya hədəfləyib. Ancaq qazon üzərinə yığılan qar topun qapı xəttini keçməsinə əngəl olub.
 
Qeyd edək ki, oyun “Hannover”in 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Bəxti gətirməyən Haraquçi Almaniya çempionatının cari mövsümündə bir dəfə olsun fərqlənməyib.
# 761
avatar

Oxşar yazılar