[b]Tövlə yandı, mal-qara tələf oldu[/b]
11 mart 2019 15:02 (UTC +04:00)

[b]Tövlə yandı, mal-qara tələf oldu[/b]

Tovuzda tövlədə yanğın baş verib.
 
ONA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonunun Əyyublu kəndində qeydə alınıb. Kənd sakini Vüqar Nəsibova məxsus tövlənin yanması zamanı içəridə olan 2 inək və 3 buzov tələf olub. Alov tövlənin yaxınlığındakı evə də keçib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon şöbəsinin 3 yanğınsöndürən texnikası və 15 nəfər canlı qüvvəsi cəlb olunub.
 
Alovun qarşısı alınıb, Hadisənin baş vermə səbəbləri araşdırılır.
# 423
avatar

Oxşar yazılar