Zidan "Real"a qayıdır? - Qərarını verdi

İspaniyanın “Real” klubunun sabiq baş məşqçisi Zinəddin Zidan Madrid təmsilçisinə qayıtmaqdan imtina edib. ONA-nın məlumatına görə, cari mövsümdə uğursuz çıxış edən paytaxt təmsilçisinin prezidenti Florentino Peres fransalı mütəxəssislə danışıqlara başlamaq barədə göstəriş verib.
 
Lakin Zidan onunla əlaqə saxlayan “Real” nümayəndələrinə təklifi mənfi yanaşdığını bildirib. Bu, mütəxəssisin İtaliya “Yuventus”unun “sükanı arxası”na keçməyə yaxın olması ilə izah edilir.
 
Belə ki, artıq Turində olan fransalının italiyalılarla danışıqlara start verdiyi bildirilir. “Yuventus” rəhbərliyi isə Zidan variantı ilə kifayətlənməyib, həm də
Antonio Konteni də qaytarmaq perspektivini müzakirə edir.
 
Qeyd edək ki, Zidan son üç mövsümdə baş məşqçisi olduğu “Real”la Çempionlar Liqasını qazanıb.

LENT

19 Mart 2019

Digər xəbərlər >>>