[b]Mənzildən meyit tapıldı[/b]
11 mart 2019 13:45 (UTC +04:00)

[b]Mənzildən meyit tapıldı[/b]

Bakıda mənzildən kişi meyiti tapılıb. Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
 
Xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
 
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Kərimov Elzibar Namaz oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər. 
# 455
avatar

Oxşar yazılar