<b>Tikinti şirkətindən prokurorluğa şikayət edildi - <span style="color:red;">43 min manat batdı </b>
11 mart 2019 13:25 (UTC +04:00)

Tikinti şirkətindən prokurorluğa şikayət edildi - 43 min manat batdı

Bakıda tikinti şirkətindən prokurorluğa şikayət edilib.
 
ONA-nın məlumatına görə, Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Tahirə Osmanova Yasamal rayon Prokurorluğuna ərizə ilə müraciət edərək 2017-ci ildə rayon ərazisində yerləşən “Olimpus-az” MTK-nın inşa etdiyi binadan 43000 manata ev aldığını, lakin evin ona verilmədiyini bildirib. 
 
Faktla bağlı araşdırmalara başlanılıb.
# 498
avatar

Oxşar yazılar