Ombudsmandan təqib olunan jurnalistlərlə bağlı Rusiyaya MÜRACİƏT
11 mart 2019 13:01 (UTC +04:00)

Ombudsmandan təqib olunan jurnalistlərlə bağlı Rusiyaya MÜRACİƏT

 
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova azərbaycanlı jurnalistlərin məsələsi ilə bağlı Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkovaya məktubla müraciət edib.
 
Ombudsman Aparatının mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, müraciətdə kütləvi informasiya vasitələrində Rusiyada yaşayan və işləyən azərbaycanlı jurnalist Fuad Abbasovun sosial şəbəkələrdə ictimai çıxışları səbəbindən izlənilməsi, təqib olunması, təzyiqlərə məruz qalması, habelə həyatı üçün təhlükənin mövcudluğu ilə bağlı məlumatlar verildiyi, bununla yanaşı, digər azərbaycanlı jurnalist, “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlunun xidməti vəzifələrini yerinə yetirərkən, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş nəşrlərinə görə maneələrə məruz qalaraq cari ilin fevral ayından tutduğu vəzifədən azad edildiyi diqqətə çatdırılıb.
 
E.Süleymanova yuxarıda göstərilən faktların yoxlanılmasını, habelə adı çəkilən azərbaycanlı jurnalistlərin beynəlxalq konvensiyalarda və Rusiya qanunvericiliyində təsbit olunmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin müdafiəsi üçün müvafiq tədbirlərin görülməsini Rusiya Federasiyasının Ombudsmanından xahiş edib.
# 514
avatar

Oxşar yazılar