“Sən məni sevirsən” deyən Serov sevgi arxasınca Bakıya gəlir

Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Aleksandr Serovun solo konserti olacaq.

Lent.az xəbər verir ki, məşhur estrada ulduzu konsert proqramında milyonların sevgisini qazanmış hitləri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.

Aleksandr Serov virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən çox yaradıcılığı ərzində müxtəlif albomlar yazdırıb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoy olub.

ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə qastrollarda olan Aleksandr Serovun anşlaqla keçən hər bir konsertində publika onun ifasını zövqlə dinləyir.

 

LENT

19 Mart 2019

Digər xəbərlər >>>