İki qadını birdən soydu: 20 minə yaxın pul aparıb
11 mart 2019 12:13 (UTC +04:00)

İki qadını birdən soydu: 20 minə yaxın pul aparıb

Dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.
 
Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini olan bir qadının 6000 manat və 2700 ABŞ dollarını, həmçinin 5900 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini K.Dünyamalıyev saxlanılıb.
 
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun ötən il may ayının 25-də Corat qəsəbə sakini olan daha bir qadını aldadıb 3500 manatını alması da müəyyən edilib.
 
# 476
avatar

Oxşar yazılar