“Mançester Yunayted” Koutinyo üçün 115 milyon avro təklif edir
11 mart 2019 11:24 (UTC +04:00)

“Mançester Yunayted” Koutinyo üçün 115 milyon avro təklif edir

Braziliya milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Filipe Koutinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər. ONA-nın məlumatına görə, 2018-ci ilin yanvarında “Liverpul”dan Kataloniya klubuna keçən yarımmüdafiəçi “Mançester Yunayted”in transfer siyahısındadır.
 
Britaniyalılar Koutinyonu yay “transfer pəncərə”sində heyətinə qatmaq niyyətindədir. Mançester klubu braziliyalının keçidi üçün “Barselona”ya 115 milyon avro təklif edib.
 
Qeyd edək ki, cənubi amerikalını 135 milyon avroya transfer edən İspaniya təmsilçisi yarımmüdafiəçi ilə 2023-cü ilin yayına qədər müqavilə imzalayıb.
# 663
avatar

Oxşar yazılar