<b>Azərbaycanda doğuş zamanı əkiz uşaqlar öldü - <span style="color:red;">PROKURORLUQ ARAŞDIRIR </b>
11 mart 2019 11:07 (UTC +04:00)

Azərbaycanda doğuş zamanı əkiz uşaqlar öldü - PROKURORLUQ ARAŞDIRIR

Bakıda körpə ölümü baş verib.
 
ONA-nın məlumatına görə, hadisə Baku Medical Plazada qeydə alınıb. 1990-cı il təvəllüdlü Ülkər Rasim qızı Əhmədova əkiz uşaqlar dünyaya gətirib. Uşaqların hər ikisi doğuş zamanı ölüb.
 
Baku Medical Plazadan ONA-ya bildirilib ki, körpələr ölü vəziyyətdə doğulub.
 
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
# 656
avatar

Oxşar yazılar