[b]Azərbaycanın silah idxalı 15 faiz artıb - SIPRI[/b]
11 mart 2019 10:10 (UTC +04:00)

[b]Azərbaycanın silah idxalı 15 faiz artıb - SIPRI[/b]

2009–2013-cü illə müqayisədə 2014–2018-ci illərdə Azərbaycanda silah idxalı 15 faiz artıb.
 
ONA-nın məlumatına görə, Stokholm beynəlxalq sülh problemlərinin tədqiqi institutu (SIPRI) silahların ən böyük idxalçısı və ixracatçısına dair illik hesabatını açıqlayıb. Hesabata əsasən Azərbaycan ən çox silah idxal edən ölkələr sırasında 23-cü yerdə qərarlaşıb. Azərbaycan silahların 51 faizini Rusiya, 43 faizini İsrail və 2,8 faizini Türkiyədən alır. Həmçinin Azərbaycan İsrailin ən çox silah satdığı 2-ci ölkədir. Bu ölkənin silahlarının 17 faizini Azərbaycan alır. 
 
Dünyanın ən böyük silah ixracatçıları ABŞ, Rusiya, Çin, Fransa və Almaniya olub. Ümumi ixracın 75 faizi bu ölkələrin payına düşüb. Bu rəqəmin 57 faizi Rusiya və ABŞ-a məxsusdur.
 
2014-1018-ci illərdə ümumilikdə silah ixracı 7,8 faiz artıb. Ən böyük silah idxal edən ölkələr isə Səudiyyə Ərəbistanı, Misir, İsrail, Qatar və İraqdır.
 
Ermənistan silah ixrac edən 25 ölkə və silah idxal edən 40 ölkəyə dair hesabatda yer almayıb.
 
Azərbaycan və Ermənistan Rusiyanın ən çox silah satdığı ilk üç ölkə sırasında qərarlaşmayıb. Bu ölkə silahlarının 27 faizini Hindistana, 14 faizini Çinə və 14 faizini Əlcəzairə satır.
# 573
avatar

Oxşar yazılar