İran prezidenti İraqa getdi
11 mart 2019 09:19 (UTC +04:00)

İran prezidenti İraqa getdi

İran prezident Həsən Ruhani bu gün İraqa səfər edəcək. ONA-nın Tehran bürosunun məlumatına görə, 3 gün davam edəcək səfər zamanı iki ölkə arasında viza rejiminin ləğvi və ya qiymətlərin minimuma endirilməsi haqqında razılıq əldə olunacağı gözlənilir.
 
H.Ruhani İraq rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələrin aparmaqla yanaşı İraqda din xadimləri ilə də görüşəcək.
 
İranın İraqdakı səfiri İrəc Məscidi ötən gün prezident H.Ruhaninin İraq səfəri zamanı viza rejiminin ləğvi, Xurrəmşəhr-Bəsrə dəmiryolu xətti layihəsinin icrası, Ərvənd çayının dibinin təmizlənməsi, müştərək sənaye zonalarının yaradılması, texniki və mühəndislik sahədə əməkdaşlığın inkişaf etdirilməsi kimi məsələləri müzakirə ediləcəyini qeyd edib.
# 754
avatar

Oxşar yazılar