Efiopiyada təyyarə qəzasında 19 ölkənin vətəndaşı ölüb - <span style="color:red;">SİYAHI
10 mart 2019 17:14 (UTC +04:00)

Efiopiyada təyyarə qəzasında 19 ölkənin vətəndaşı ölüb - SİYAHI

 
Bu gün Efiopiyada qəzaya uğrayan sərnişin təyyarəsindəki şəxslərin hansı ölkələrin vətəndaşları olduğu açıqlanıb.
 
ONA-nın TASS  agentliyinə istinadən verdiyi məlumata görə, təyyarənin məxsus olduğu “Ethiopian Airlines Group” aivaşirkətinin nümayəndəsi Əddis-Əbəbədə keçirilən mətbuat konfransında bildirib ki, qəzada 149 sərnişin və 8 heyət üzvü həyatını itirib.
 
Qəzada ölənlərin 18-i Kanada, 9-u Efiopiya, 8-i İtaliya, 8-i Çin, 8-i ABŞ, 7-i Böyük Britaniya, 7-i Fransa, 6-ı Misir, 5-i Hollandiya, 4-ü Yeni Zelandiya, 4-ü Hindistan, 4-ü Slovakiya, 3-ü Avstriya, 3-ü İsveç, 3-ü Rusiya, 2-i Mərakeş, 2-i İspaniya, 2-i İsrail, 1-i Belçika vətəndaşıdır. Üç sərnişində isə BMT pasportları olub, onların milliyəti dəqiqləşdirilir.
 
 Qeyd edək ki, bu gün səhər Efiopiyada göyərtəsində 157 sərnişinin olduğu “Boeing 737” təyyarəsi qəzaya uğrayıb. Əddis-Əbəbədən Keniyaya Nayrobi şəhərinə uçan təyyarə yerli vaxtla saat  08:44 radələrində Oromiya regionunda, Debre-Zeyt yaşayış qəsəbəsi yaxınlığında yerə çırpılıb. Qəzada sağ qalan olmayıb.
# 706
avatar

Oxşar yazılar