Naxçıvanda ordunun yeni səhra təlim mərkəzi istifadəyə verilib - VİDEO
10 mart 2019 16:01 (UTC +04:00)

Naxçıvanda ordunun yeni səhra təlim mərkəzi istifadəyə verilib - VİDEO

Martın 9-da Əlahiddə Ümumqoşun Orduda yeni təlim mərkəzi istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev Ali Məclisinin sədrinə raport verib.
 
Lent.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ali Məclisinin sədri təlim mərkəzində yaradılan şəraitlə tanış olub. Bildirilib ki, təlim mərkəzi şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində bütün zəruri vasitələrlə təmin edilib. Ərazidə yeni yaşayış və xidmət binası inşa olunub, lazımi şərait yaradılıb. Binada rabitə qovşağı, ideoloji, yataq, yemək və texniki otaqlar istifadəyə verilib.
Təlim mərkəzində maneələr zolağı və təlimi idarəetmə məntəqəsi yaradılıb, yollar çəkilib, yaşıllıq zolağı salınıb. Səhra təlimlərinin keçirilməsi üçün ərazidə yeni düşərgə də qurulub. Düşərgədə şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün tədbirlər görülüb, yataq yerləri və məişət guşələri istifadəyə verilib. Yaradılan şərait istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verəcək.
Ali Məclisinin sədri Muxtar Respublikada Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib, xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.
# 662
avatar

Oxşar yazılar