Vəkilliyin 100 illiyinə həsr olunmuş müsabiqə: <span style="color:red;">qaliblər təltif edildi  - <span style="color:red;">FOTOLENT
10 mart 2019 14:55 (UTC +04:00)

Vəkilliyin 100 illiyinə həsr olunmuş müsabiqə: qaliblər təltif edildi - FOTOLENT

Martın 10-da Azərbaycan Respublikası Ali Məhkəməsində Vəkillər Kollegiyası və ELSA Azərbaycanın birgə təşkilatçılığı ilə Azərbaycan vəkilliyinin 100 İlliyinə həsr olunmuş səkkizinci milli məhkəmə müsabiqəsinin final mərhələsi keçirilib.
 
Kollegiyadan Lent.az-a daxil olan məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov müsabiqənin təşkilində göstərilən dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkür edib. O, rəhbəri olduğu qurumun gənc hüquqşünasların vəkilliyə gəlmələrində maraqlı olduğunu, bu istiqamətdə müxtəlif səpkili tədbirlərin təşkil ediləcəyi barədə məlumat verib. A. Bağırov Kollegiya tərəfindən ELSA ilə birgə belə faydalı tədbirlərin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsinin vacibliyini qeyd edib.
 
Müsabiqənin yarımfinal mərhələsində uğur qazanmış iki komanda – Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası Gömrük Akademiyasının hüquq fakültələrinin komandaları mülki iş üzrə prosesdə iştirak edib. Proses iştirakçılarının çıxışları Ali Məhkəmənin hakimləri Əsəd Mirzəliyev, Sənan Hacıyev və Əhməd Əhmədov tərəfindən qiymətləndirilib.
 
Müsabiqənin sonunda Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev belə tədbirlərin gənc hüquqşünaslar üçün əhəmiyyətini, o cümlədən Vəkillər Kollegiyasının son dövrlərdə həyata keçirdiyi tədbirlər nəticəsində gənclərin vəkil peşəsinə marağının artmasının önəmini vurğulayıb.
 
Sonra müsabiqədə qalib olan Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri diplom və sertifikatlarla təltif ediliblər. 
# 623
avatar

Oxşar yazılar