Azərbaycanlı reperin dostunun evi qarət edilib - YENİLƏNİB
10 mart 2019 17:44 (UTC +04:00)

Azərbaycanlı reperin dostunun evi qarət edilib - YENİLƏNİB

 
Rusiyada  martın 9-da “Bahh Tee” adı ilə tanınan azərbaycanlı reper Bəxtiyar Əliyevin evinin qarət edildiyi təsdiqini tapmayıb.
 
ONA-nın “Komsomolskaya Pravda” qəzetinə istinadən verdiyi məlumata görə, reperin konsert direktoru olan Vladimir adlı şəxs deyib ki,  yayılmış informasiya həqiqəti əks etdirmir.
 
O, B. Əliyevin Moskvanın Veernoy küçəsində ev kirayələmədiyini, evindən 4,2 milyon rubl oğurlanmadığını bildirib. Evi qarət edilən şəxs isə B. Əliyevin dostu olan məşhur bir artistdir. Ancaq  Vladimir  həmin artistin adını açıqlaya bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, həmin artist istəyərsə, bu barədə ictimaiyyətə məlumat verə bilər.
 
 
12:44
 
 
Rusiyada azərbaycanlı reper Bəxtiyar Əliyevin evi qarət edilib.
 
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə martın 9-da olub.
 
 “Bahh Tee” adı ilə tanınan reperin Moskvadakı evindən 4,2 milyon rubl oğurlanıb. Moskva polisi böyük həcmdə oğurluq maddəsi ilə cinayət işi açıb.
 
Qeyd edək ki, B. Əliyev Moskvada Daxili İşlər Universitetində ali təhsil aldığı dövrdə rep üslubunda mahnılar yazıb və oxuyub. Universiteti qırmızı diplomla bitirsə də, hüquq-mühafizə orqanlarında çalışmayıb. “Tee'şina” qrupu ilə səhnəyə çıxıb B. Əliyev hazırda solo sənətçi kimi çıxış edir.
# 1273
avatar

Oxşar yazılar