11 körpə öldü, nazir istefa verdi - Tunisdə
10 mart 2019 11:41 (UTC +04:00)

11 körpə öldü, nazir istefa verdi - Tunisdə

Tunisin səhiyyə naziri Əbdel Rauf əş-Şərif ölkənin paytaxtında mamalıq və neonatologiya mərkəzində 11 körpənin öldüyündən sonra istefa verib.
 
Lent.az-ın Trend-ə istinadən məlumaıtna görə, baş nazir Yusif Şahed əş-Şərifin istefasını qəbul edib.
 
Şənbə günü ölkənin Səhiyyə Nazirliyi bildirib ki, paytaxtın Rabta rayonunda mamalıq və neonatologiya mərkəzində 7-8 mart tarixlərində ən azı 11 körpə ölü aşkar olunub.
 
Hal-hazırda hadisənin səbəblərini araşdıran və cavabdeh şəxslərin axtarışı ilə məşğul olan xüsusi komissiya ayradılıb.
# 567
avatar

Oxşar yazılar