Plastik butulkalardakı suda TƏHLÜKƏLİ ELEMENTLƏR
10 mart 2019 10:42 (UTC +04:00)

Plastik butulkalardakı suda TƏHLÜKƏLİ ELEMENTLƏR

Plastik butulkalara yığılan suyun sağlamlığa ziyan vurduğu iddia olunur.  
 
Belarusdan olan mütəxəssislər bununla bağlı araşdırma aparıblar. Alimlər hesab edir ki, plastik qablara yığılan suda orqanizm üçün çox təhlükəli kimyəvi elementlər meydana gəlir.  
 
Təxminən 1500 nəfərin iştirakı ilə aparılan tədqiqatlar zamanı plastik butulkalarda olan sudan istifadə edən şəxslərin sidiyi analiz olunub. Məlum olub ki, onların təxminən 95%-nin sidiyində orqanizm üçün ziyanlı olan bisfenol birləşmələri var.
 
 Plastik qabda olan sudan istifadə etməkdən imtina edənlərin sidiyindəki kimyəvi maddələrin səviyyəsi yalnız dörd gündən sonra azalıb.
 
 Alimlər hesab edir ki, plastik qablara yığılan su insan sağlamlığına çoxlu sayda zərər vurur. Bu sırada baş ağrısı, ürək xəstəlikləri və piylənmə problemləri vurğulanıb.
 
# 547
avatar

Oxşar yazılar