Taekvondoçularımız 8 medal qazandılar - FOTOLENT
10 mart 2019 00:33 (UTC +04:00)

Taekvondoçularımız 8 medal qazandılar - FOTOLENT

 
Hollandiyanın Eyndhoven şəhərində taekvondo üzrə “Dutch Open” beynəlxalq turniri start götürüb. ONA-nın məlumatına görə, 46-cı dəfə keçirilən yarışın ilk günündə böyük yaş qrupu üzrə döyüşlər baş tutub. 
Turnirə 9 idmançı ilə yollanan Azərbaycan millisi aktivinə 8 medal yazdırıb. Komandamızın heyətində Cavad Ağayev (63 kq) və Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Onlar finalda müvafiq olaraq, italiyalı Simon Kreskenzi və almaniyalı Selin Şmitdən üstün olublar. 
C.Ağayevlə F.Əzizovadan fərqli, Qaşım Maqomedov (58 kq) və Radik İsayev (+87 kq) gümüş medala yiyələniblər. Finalda Q. Maqomedov italiyalı Vito Dell Aquilaya, Olimpiya çempionumuz isə türkiyəli Əmrə Atəşliyə uduzub. 
Millimizin digər 4 medalının əyarı bürüncdür. Yarımfinala kimi irəliləyən Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq), Payam Qobadi Oğaz və Ramin Əzizov (hər ikisi 87 kq) 3-cü yerlə kifayətləniblər. Təmsilçilərimizdən yalnız Milad Harçeqani (80 kq) mükafatçılar sırasında yer almayıb. 
Yarışa ümumilikdə 1004 taekvondoçu qatılıb. Bunlardan 416-sı böyüklərin yarışında mübarizə aparıb. Onlar 34 ölkəni təmsil ediblər. 
Qeyd edək ki, turnirə martın 10-da yekun vurulacaq. “Dutch Open”in ikinci günü dayanq üzərinə gənc taekvondoçular çıxacaqlar. Azərbaycan bu kateqoriyada təmsil olunmayacaq. 
# 789
avatar

Oxşar yazılar