[b]"Az xalla da çempion olmaq mümkündür" - Qurban Qurbanov[/b]
09 mart 2019 22:12 (UTC +04:00)

[b]"Az xalla da çempion olmaq mümkündür" - Qurban Qurbanov[/b]

"Hər iki komanda bir hissə daha yaxşı oynadı və bir xala layiq idi. Xallarımızın üzərinə biri də əlavə edildi. "Zirə" son 3 matçda tam fərqli oynayır. Çətin anlar oldu. Bəzən düşündüyün hücumların beş-altısını reallaşdıranda sevinirsən. Sadəcə, bu gün qol vura bilmədik. Qarşıdakı oyunlarımız daha yaxşı olacaq".

Lent.az-ın Qol.az-a istinadən məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 20-ci turunun "Zirə" ilə oyunundan (0:0) sonra keçirilən mətbuat konfransında deyib. Heç-heçəni şərh edən mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu gün Mahir Mədətovu hücumdan çox müdafiədə gördük...

- Mən belə görmədim. Ola bilər ki, ilk hissədə müdafiəyə kömək edirdi. Ancaq fasilədən sonra sırf öndə çıxış etdi.

- Qış fasiləsindən sonra komanda keçirdiyi oyunların yarısında xal itirib. Narahatlığınız varmı?

 

- Narahatlıq həmişə olur. Hətta qalib gəldiyimiz matçlarda belə. Xal itkiləri təkcə yanvardan sonra yox, dekabra kimi də var idi. Çempionluq üçün gərək daha çox xal toplayasan, daha yaxşı çıxış edəsən. Mövsümboyu bütün oyunlar çətin keçir. Digər illəri nəzərə alanda az xalla da çempion olmaq mümkündür.

- 90-cı dəqiqədə Rəşad Sadıqov 4-cü hakimə etiraz edirdi. Bu, az vaxt əlavə edilməsi ilə bağlı idi?

- Elə də ciddi etiraz deyildi. Tam görmədim. Ola bilər ki, bununla bağlı fikir bildirsin.

- Komandanın xal itkilərinin çoxluğu çempionatın səviyyəsinin artması ilə bağlıdır, yoxsa “Qarabağ”ın zəifləməsinə görədir?

- Komandalar bir-biri ilə çox görüşdükcə daha inamlı çıxış etməyə başlayır. Bu, dünyanın hər yerində belədi. Hər iki amilin təsiri ola bilər. Biz hər il daha güclü olmaq istəyirik. Hər bir halda futbolçularımzdan razıyam. Bəzi nöqsanları çıxsaq, hər şey məni qane edir.

# 714
avatar

Oxşar yazılar