Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır
09 mart 2019 19:08 (UTC +04:00)

Yüksək dağlıq ərazilərdə qarölçmə işləri aparılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri tərəfindən ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi, su resurslarının qiymətləndirilməsi məqsədilə Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qarölçmə işlərinin aparılması üçün ekspedisiya təşkil olunub.

Nazirlikdən Lent.az-a daxil olan məlumata görə,  hazırda ekspedisiya üzvləri Kiçik Qafqazın Gəncəçay mənbəyi və Qoşqar dağının ətəyində qarölçmə işləri aparırlar. Qeyd edək ki, ekspedisiya Azərbaycan Prezidentinin 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin suvarma suyuna olan tələbatın öyrənilməsi, suvarma suyu ilə təminatın yaxşılaşdırılması bəndlərinə uyğun olaraq təşkil edilib.

 

 

# 586
avatar

Aygün İbrahimli

Oxşar yazılar