ABŞ-da ölən aktyorun vəfat xəbəri bir ay sonra açıqlanıb
09 mart 2019 16:05 (UTC +04:00)

ABŞ-da ölən aktyorun vəfat xəbəri bir ay sonra açıqlanıb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur aktyoru Jan Maykl-Vinsent dünyasını dəyişib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor Şimali Karolina ştatının Eşvil şəhərindəki evində vəfat edib.

Xəbərdə o da qeyd olunur ki, əslində aktyor fevralın 10-da dünaysını dəyisə də, naməlum səbəblərdən onun ölüm xəbəri martın 9-da açıqlanıb.

73 yaşında dünyasını dəyişən aktyorun infarktdan öldüyü bildirilir.

Qeyd edək ki, Jan Maykl-Vinsent “Air Wolf” və “Detective Nash Bridges” serialları ilə yanaşı, “Mechanic”, “Buster and Billy”, “Buffalo 66” filmləri ilə də sevilib.


 

 

# 725
avatar

Oxşar yazılar