Xalq artisti 97 yaşında öldü

SSRİ Xalq artisti Vladimir Etuş 97 yaşında vəfat edib.

 

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, ölümün səbəbi hələ ki bəlli deyil. Vaxtanqov adına Teatrın direktoru Kiril Krok bildirib ki, Etuş xəstəxanada vəfat edib.

 

Bundan əvvəl tanınmış aktyorun halı bir neçə dəfə pisləşmişdi. Hətta yanvarın sonunda tamaşanın balanmasına az qalmış özünü pis hiss etdiyi üçün nümayiş təxirə salınmış və “Benefis” tamaşası repertuardan çıxarılmışdı.

 

 

 

 

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>