“Azəri Günel türkiyəli müğənni ilə sevgilidir” – Türkiyə mediası yaydı

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova ilə Orhan Ölmezin eşq yaşadığı xəbəri yenidən gündəmə gəlib. 

Bu haqda Türkiyənin "guncelmagazin" səhifəsi yazıb. 


Paylaşımda "Orhan Ölmez və Azəri Günel eşq yaşamağa başladı. Günelin Orhana "əfəndim" deyərək müraciət etdiyi öyrənildi" sözləri qeyd olunub.

Qeyd edək ki, bir müddət əvvəl də ifaçıların sevgili olması haqda xəbər yayılmışdı. Günel daha sonra yayılan məlumatların yalan olduğunu bildirmişdi. 

Bu günlərdə Günel və Orhan Röya Ayxan və Tunar Rəhmanoğlunun "Həsrət nəğməsi"ni duet şəklində oxuyublar.

(axsam.az)

LENT

18 Mart 2019

Digər xəbərlər >>>