Həcc ziyarətinə getmək üçün sənəd verənlərin sayı açıqlanıb
09 mart 2019 12:11 (UTC +04:00)

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin sayı açıqlanıb

Bu il Həcc ziyarətinə getmək üçün sənəd verənləri sayı artıq 300-ə çatıb.

Bu barədə açıqlama Lent.az-a Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilib.

Həcc ziyarətinə sənəd qəbulu fevralın 22-də başlayıb.

Sənəd qəbulu prosesi Ramazan ayının sonuna, yəni iyunun 5-dək aparılacaq.

Bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək zəvvarlar üçün vahid olaraq 4285 dollar qiymət təyin olunub.

Ötən il Azərbaycandan  Həcc ziyarətinə 1440 nəfər gedə bilərdisə, bu il  kvota yoxdur.

Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu ancaq QMİ tərəfindən həyata keçirilir.

 

 

 

 

# 778
avatar

Aygün İbrahimli

Oxşar yazılar