Rəqsanənin qızına evlilik təklifi? - <span style="color:red;">VİDEO
08 mart 2019 19:29 (UTC +04:00)

Rəqsanənin qızına evlilik təklifi? - VİDEO

Müğənni Rəqsanənin qızı Aysun İsmayılova sosial şəbəkədə həmkarı Orxan Babazadə ilə səmimi görüntülərini paylaşıb.
 
Lent.az musavat.com-a istinadən xəbər verir ki, O. Babazadə Aysuna üzük hədiyyə edib. İfaçının "Bu nədir, evlilik təklifi edirsən" sualına müğənni "Necə istəyirsən, elə başa düş" cavabını verib. Cütlüyün yanında olan "Cahan" qrupunun üzvləri onları təbrik edib.
 
Sayta açıqlama verən İsmayılova bildirib ki, şəxsi həyatı haqqında yaxın günlərdə açıqlama verəcək: "Orxanın bu addımı surpriz oldu. Özüm də təəccübləndim. Hələ ki, bu haqda danışmaq istəmir. Amma yaxın günlərdə hər şeyə aydınlıq gətirəcəm".
 
Qeyd edək ki, şou-biznesin varlı müğənnilərindən sayılan O. Babazadə tez-tez bahalı əşyaları və maddi imkanı ilə gündəmə gəlir.
 
 

# 1212
avatar

Oxşar yazılar