Qadınlar nə üçün kişilərdən çox danışır? - MARAQLI FAKTLAR
08 mart 2019 18:54 (UTC +04:00)

Qadınlar nə üçün kişilərdən çox danışır? - MARAQLI FAKTLAR

E-tibb.az qadınlar haqqında maraqlı faktları təqdim edir. Bunları bilirdinizmi?
 
- Qadınlarda yüksək səs tembrini eşitmək qabiliyyəti kişilərdən iki dəfə çoxdur, bu, uşağa nəzarət üçün analıq hissləri ilə bağlıdır.
 
- Qadınların beynində iki nöqtə danışma və nitqə nəzarət edir. Ona görə qadınlar gün ərzində kişilərdən azı iki dəfə çox danışırlar.
 
- Qadının saçı kişinin saçından düz iki dəfə nazik olur. Amma tüklərin dibi iki dəfə dərində olduğundan dazlaşma qadınlara xarakterik olmur.
 
 
- Qadının ürəyinin çəkisi 250 qr, kişinin ürəyinin çəkisi 330 qr-dır. Məhz ona görə qadının ürəyi daha tez-tez vurur.
 
- Qadının boynu kişidən daha hərəkətlidir. Əgər siz arxadan çağırsanız, qadın sadəcə, başını döndərib sizə baxacaq, amma kişi bütün bədəni ilə dönəcək.
 
- Doğulan andan qadınlarda qoxu bilmə hissi kişilərə nisbətən dəfələrlə çox olduğu üçün parfümeriyaya meylli olurlar.
 
- Bədəndəki estrogen hormanlarına görə fiziki ağrıları qadınlar kişilərdən 2 dəfə daha yüngül keçirirlər.
  
- Qadınların əzələlərində elastin olduğu üçün onlar daha rahat "şpaqat" vəziyyətində otura bilirlər.
# 1097
avatar

Oxşar yazılar