Brilliant Dadaşovadan Rasim Balayevə İRAD
08 mart 2019 16:04 (UTC +04:00)

Brilliant Dadaşovadan Rasim Balayevə İRAD

Xalq artisti Brilliant Dadaşova  Rasim Balayevə irad bildirib.
 
Lent.az Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Balayevin Şəfiqə Məmmədova barədə yerli mediada söylədiyi sərt fikirlər olub.
 
“Rasim Balayevin başımızın tacı, dəyərli aktrisamız Şəfiqə Məmmədovanın ünvanına söylədikləri məni məyus etdi. Rasim Balayev kimi dəyərli aktyorlarımız azdır. Bəlkə bu sözləri söylədikləri zaman ruh halı yaxşı olmayıb. Şəfiqə Məmmədova 30 il səhnədə olub, 50 ildir oranı tərk edib. 80 yaşı olduğunu düşünsək belə hesablar düz gəlmir, 1 yaşından səhnəyə çıxmayıb ki? Nəsimi filmində “Səni bu hüsnü-camal ilə, kamal ilə görüb, qorxdular haqq deməyə, döndülər insan dedilər” deyən aktyor heç bir xanım haqda belə sərt danışmaz. Şəfiqə xanım universitetdə müəlliməm olub. Onun haqda yazılanları oxuyanda bildim ki, o, heç kimə cavab verməyəcək. Şəfiqə xanım mərd,  sözün düzünü deməyi bacaran xanımdı. Mən də bunu ondan öyrənmişəm. Onu həmişə Sofi Lorenə bənzətmişəm. Amma biz onu dünyaya çıxarda bilmədik. Halbuki səhnə mədəniyyəti və aktrisalıq qabiliyyəti ondan çox yüksəkdir. Şəfiqə Məmmədova gücdür, qüvvədir. Pərdə arxasında olsa belə mədəniyyətimiz və tariximiz üçün çox iş görür” deyə, Dadaşova söyləyib.
 
Qeyd edək ki, Rasim Balayevlə Şəfiqə Məmmədova arasında olan qalmaqal incəsənət və mədəniyyət nümayəndələrinin Prezidentlə görüşündən sonra baş tutub.
# 1475
avatar

Oxşar yazılar