Polis maşınını atəşə tutdular - Banka hücum edildi
08 mart 2019 15:47 (UTC +04:00)

Polis maşınını atəşə tutdular - Banka hücum edildi

 
Bu gün Tbilisinin Qldani rayonunda “Gürcüstan Bankı”-nın filialına hücum olub.
 
ONA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, banka hücum edənlər hadisədən bir neçə saat əvvəl bir qız və tanışının olduğu “Suzuki” markalı avtomobili onlarla birgə oğurlayıblar.
 
Qız və tanışının əl-qolunu bağlayan həmin şəxslər banka hücumdan sonra onları bankın ərazisinə atıb, özləri isə həmin avtomobilə əyləşərək aradan çıxıblar.  
 
Şahidlərin ifadəsinə görə, banka hücum edənlər 3 nəfər olub. Onlar bankdan çıxdıqdan sonra yaxınlıqdakı polis maşınını da atəşə tutublar. Gürcüstan Daxili İşlər Nazirliyi atışma baş verdiyini, ancaq atışmada yaralanan olmadığını açıqlayıb.
 
Daxili İşlər Nazirliyi hələ ki, olayla bağlı başqa şərh verməyib.
# 746
avatar

Oxşar yazılar