Yol polisindən xanım sürücülərə XÜSUSİ JEST
08 mart 2019 15:09 (UTC +04:00)

Yol polisindən xanım sürücülərə XÜSUSİ JEST

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə  bu il də maraqlı reyd keçirib.
 
Lent.az-ın məlumatına görə,  “Nümunəvi qadın sürücü” devizi altında keçirilən ənənəvi aksiya çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmayan xanım sürücülərə müxtəlif hədiyyələr təqdim edilir.
 
BŞDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov jurnalistlərə bildirib ki, nümunəvi xanım sürücülərə avtomobili pulsuz yumaq, restoranda iki nəfərlik şam etmək, yanacaq doldurmaq üçün kuponlar təqdim edilir, həmçinin onlar pulsuz sığorta, telefon danışıq kartları, qida və kosmetik məhsullar, qablar və güllərlə mükafatlandırılırlar.
 
Aksiya bu gün axşam saatlarına qədər davam edəcək.
# 642
avatar

Oxşar yazılar