Dünya çempionatında ilk xalımızı qazandıq
07 mart 2019 22:09 (UTC +04:00)

Dünya çempionatında ilk xalımızı qazandıq

 
Qazaxıstanın paytaxtı Astanada şahmat üzrə komandalararası dünya çempionatı davam edir. ONA-nın məlumatına görə, bu gün III turun qarşılaşmaları baş tutub.
Kişilərdən ibarət Azərbaycan millisi Qazaxıstanla üz-üzə gəlib. Nicat Abbasovun qalib gəldiyi turda Rauf Məmmədovun məğlubiyyəti komandamızı qələbədən məhrum edib. Qədir Hüseynovla Arkadi Naydiç isə turu yarım xalla başa vurub. Nəticədə 2:2 hesablı heç-heçəyə imza atan millimiz çempionatda ilk xalını əldə edib. 
III turun digər matçlarında İran İsveçi, Hindistan Misiri eyni - 3,5:0,5 hesabı ilə məğlub edib. Rusiya isə Çin üzərində qələbə qazanıb – 2,5:1,5. İngiltərə və ABŞ arasında dueldə qalib müəyyənləşməyib – 2:2.
Qeyd edək ki, millimiz IV turda autsayderlərdən biri olan İsveçlə görüşəcək. Digər oyunlarda ABŞ – Qazaxıstan, Rusiya – İngiltərə, Hindistan – Çin, İran – Misir cütləri qarşılaşacaq.
Dünya çempionatı
III tur
Qazaxıstan – Azərbaycan - 2:2
Rinat Cumbayev - Arkadi Naydiç - 0,5:0,5
Ənvər İsmaqambetov - Rauf Məmmədov - 1:0
Murtaz Kajqaleyev - Qədir Hüseynov - 0,5:0,5
Pyotr Kostenko - Nicat Abbasov - 0:1
Turnir cədvəli: Rusiya - 6 xal, İngiltərə, ABŞ, Hindistan - 5, İran, Qazaxıstan - 3, Çin 2, Azərbaycan - 1, Misir, İsveç - 0.
# 595
avatar

Oxşar yazılar