<b>Zaurun verilişində müğənni qalmaqal saldı: <span style="color:red;">"Studiyanı tərk elə"  - VİDEO</b>
07 mart 2019 21:45 (UTC +04:00)

Zaurun verilişində müğənni qalmaqal saldı: "Studiyanı tərk elə" - VİDEO

 

Aparıcı Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişində qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, veriliş zamanı müğənni Roza Zərgərli ilə jurnalist Ülviyyə Alovlunun sözləri çəpləşib.

 

mərhum reper Hüseyn Dəryanın qızı Ayşənin DNT analizi verməsi haqda müzakirə zamanı Roza Ayşənin bibisi ilə analizinin nəticələrinə "Müəmallı qalır" deməsinə Ülviyyə etiraz edib. Jurnalistin "Yenə müəmmalı qalır deyirsən" sözlərinə ifaçı "Bəlkə dinləyə biləsən?" deyərək, onu susdurmağa çalışıb. Onlar arasındakı gərginlik daha sonra yenidən güclənib. 

Proqrama evlənmək üçün qatılan Alvina və Vüqar adlı gənclə bağlı tərəflər fikir söyləyib. Onlar bir-birinin fikri ilə razılaşmayıblar. 

Roza "İnsanların burada taleyi həll olunur, Ülviyyə öz reklamı ilə məşğuldur. Mənim səviyyəmə çatmaq üçün gərək kitab oxuyasan. Qızım... Dur, bu studiyadan çıx" deyə, səsini ucaldıb.

Jurnalist isə "Ülviyyə toya getmir sənin kimi reklama ehtiyacı olsun. Özün get, qapının yerini bilirsən. Mənə qızım demə" deyə, Zərgərliyə cavab verib. 

 

# 1110
avatar

Yalçın UĞUR

Oxşar yazılar