BMT İnsan Haqqları Şurasında BAMF-ın görüşləri davam edir - FOTOLAR
07 mart 2019 11:38 (UTC +04:00)

BMT İnsan Haqqları Şurasında BAMF-ın görüşləri davam edir - FOTOLAR

Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndə heyəti BMT –nin Cenevrə ofisində İnsan Haqqları üzrə Ali Komissar Mişelle Baçelet Jeria ilə görüşə qatılıb. Lent.az-ın məlumatına görə, görüşdə fəaliyyəti beynəlxalq münasibətlərdə və beynəlxalq hüquqda qəbul edilməyən qurumların BMT-nin İnsan Haqlları qurumunda fəaliyyətinə açıq imkanların yaradılmasından yaranan narazılıqlar, ifadə azadlığı, insan haqqlarının qorunmasında vətəndaş cəmiyyətinin dəstəklənməsi, yaşlıların, eləcə də uşaqların hüquqlarına və.s dair məsələlər müzakirə olunub.

 

BAMF prezidenti BMT-nin İnsan Haqqları və Qlobal Dialoq Mərkəzinin icraçı direktoru İdris Cəziri ilə görüşüb, BAMF-ın fəaliyyəti məlumat verib  və gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

 

BAMF nümayəndələri Beninin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Eloi Laourounun “Ətraf mühit diplomatiyası” kitabının təqdimatında iştirak ediblər. BAMF prezidenti Mali və Beninin BMT-dəki daimi nümayəndəlikləri ilə müzakirələr aparıb. Azərbaycan ərazilərinin işğalı nəticəsində Qarabağda ətraf mühitin, mədəni-sivilizasiyanın məhv edildiyini onların diqqətinə çatdırıb.

 

BAMF prezidenti U. Mirzəyevin İranın Terrorizm Qurbanlarının Müdafiəsi Assosiasiyasının nümayəndələri ilə görüşü olub. Görüş zamanı BAMF prezidenti  erməni hərbi birləşmələrinin Xocalı faciəsi, Qarabağın işğalı ilə müşayət olunan bir sıra terror əməlləri barədə söz açıb, terrora və işğal faktına qarşı vətəndaş cəmiyyəti qurumlarını bir yerdə fəaliyyətə səsləyib.

 

BAMF nümayəndə heyəti BMT İnsan Haqqları Şurasının sessiyası çərçivəsində bir sıra tədbirlərdə iştirak edib, müzakirələrə qoşulub. BAMF prezidentinin köməkçisi Anastasiya Lavrina insan hüquq müdafiəçilərinin qorunmasına dair tədbirdə əsas çıxışçılardan biri olub. O, çıxışında insan hüquq müdafiəçilərinin bəzən qeyri adekvat və qeyri dəqiq məlumatlarının ölkələr haqda yanlış rəyin formalaşmasına səbəb olduğunu, eləcə də insan hüquq müdafiəçilərinin qorunmasının vacibliyini qeyd edib.

 

BAMF nümayəndə heyəti İnsan Haqqları  Şurasının Xüsusi Qaydalar üzrə İşçi Qrupunun üzvü Osman Əl Hacc ilə görüşüb. Görüş zamanı müharibə nəticəsində Azərbaycanın işğal altındakı ərazilərində və bu ərzilərlə həmsərhəd bölgələrdə dağılmış infrastrukturu, ekoloji fəlakəti əks etdirən sənədli film nümayiş etdirilib.Umud Mirzəyev BMT İnsan Haqqları məmuru Zəki Otman, Rusiya Xarici İşlər Nazirliyinin Humanitar Əməkdaşlıq və İnsan Haqqları departamentinin müşaviri Yevgeni Ustinov, Londonda yerləşən ARAMEA Fondunun idarə heyətinin üzvü Bassam Aloni, Yəmənin BMT –dəki sabiq səfiri İbrahim Əl-Addofi, mərkəzi ofisi Belçikada yerləşən Qlobal Filantrop Şəbəkəsinin rəhbəri Faisol Amrullah, İnkişaf və Hüquqlara dair Beynəlxalq Akademiyanın prezidenti Kamel Laifi, Kəndlər Birləşdirir - Birləşmiş Kəndlər təşkilatının nümayəndəsi Kossi Essiomle və digər təşkilatların nümayəndələri ilə görüşlər keçirib, onları Azərbaycan ərazilərinin  işğalı nəticəsində bir milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarının qorunması üçün birgə əməkdaşlığa dəvət edib.  BAMF-ın “Sülh və Təhlükəsizlik üçün Su” tədbiri çərçivəsində birgə platformanın yaradılmasına çağırıb.

 

Qeyd edək ki, bu gün BMT-nin İnsan Haqqları üzrə 40-cı sessiyası çərçivəsində BAMF-ın  Su, Ətraf Mühit və Sağlamlıq üçün Qlobal İnstitutla birgə BMT-nin Cenevrə ofisində “Sülh və Təhlükəsizlik üçün Su” mövzusunda tədbiri keçiriləcək.

 

# 496
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar