Birinci sinfə sənəd qəbulu başlayır - <span style="color:red;">VAXT AÇIQLANDI
07 mart 2019 11:24 (UTC +04:00)

Birinci sinfə sənəd qəbulu başlayır - VAXT AÇIQLANDI

Bu ildən başlayaraq Bakı, Gəncə, Sumqayıt və Abşeron rayonu ilə yanaşı, Mingəçevir, Şirvan, Yevlax, Naftalan və Samux şəhərlərində də birinci siniflərə qəbul elektron qaydada həyata keçiriləcək.

Lent.z xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini İlhamə Abdullayeva deyib. 

İ.Abdullayeva əlavə edib ki, bu il məktəbəhazırlıq qrupunda təhsil alacaq valideynlər də qeydiyyatla bağlı əziyyət çəkməyəcək. Onlar da qəbulu elektron qaydada apara biləcəklər.

Nazirlikdən qeyd olunub ki, məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün 1-ci sinfə qəbul martın 11-dən başlayacaq. Məktəbəhazırlıq qruplarına getməyənlər isə qəbul prosesinə martın 13-dən qoşula biləcəklər. 

 

 

 

 

 

 

 

# 681
avatar

Aygün İbrahimli

Oxşar yazılar