[b]Putin ABŞ-ın addımını pislədi [/b]
06 mart 2019 19:33 (UTC +04:00)

[b]Putin ABŞ-ın addımını pislədi [/b]

 
"ABŞ Orta mənzilli Nüvə Qüvvələr Anlaşması”ndan çəkilərək beynəlxalq təhlükəsizlik anlaşmalarıyla qurulan sistemin tamamilə sarsılması istiqamətində birbaşa bir addım atdı". Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məkumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
 
Rusiya Prezidenti Birləşmiş Ştatların bu addımını sərt tənqid edib. 
 
“Bu addım ölkələrin mövcud fəaliyyətlərində vəziyyəti mənfi istiqamətdə dəyişir. Bu səbəbdən Federal Təhlükəsizlik Xidməti əməkdaşları da daxil olmaqla, bütün vahidlərin verilən tapşıqları sürətli və təsirli şəkildə çözmələrini gözləyirəm".
 
Putin Moskvada təşkil edilən Rusiya Federal Təhlükəsizlik Xidməti İdarə heyətinin  konfransından da danışıb.  Xarici kəşfiyyat xidmətlərinin Rusiyadakı fəaliyyətlərini artırmağa çalışdığını müdafiə edən V.Putin, vildirib ki, xarici kəşfiyyat xidmətləri, Rusiyadakı siyasi, iqtisadi, elmi və texnoloji məlumat əldə təmin edə bilmək üçün əllərindən gələni edir. “Bu cəhdlərə qarşı müasir metodlarla təsirli şəkildə mübarizə etməyimiz lazımdır".
# 542
avatar

Oxşar yazılar