[b]Bu ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq[/b]
06 mart 2019 18:03 (UTC +04:00)

[b]Bu ərazidə avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq[/b]

Martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanacaq.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ONA-ya verilən məlumata görə, məqsəd avtonəqliyyat vasitələrinin rahat hərəkətini təmin etməkdir. Bununla əlaqədar olaraq yolda hərəkət qismən məhdudlaşdırılacaq.
 
Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
# 519
avatar

Oxşar yazılar