"Serialların vəziyyəti bizi narahat edir" - MTRŞ sədri

"Efirdə yayımlanan serialların vəziyyəti bizi çox narahat edir". ONA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
 
MTRŞ sədri teleseriallarda müşahidə olunan qüsurları açıqlayıb: "Seriallarda qeyri-peşəkar aktyorların iştirakını vurğulamalıyam. Bundan başqa, serialların ssenarisi - Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, seriallarda bayağı, vulqar, qeyri-etik ifadələrdən istifadə bizi çox narahat edir".
 
N.Məhərrəmli qeyd edib ki, əsas narazılıq doğuran seriallar komediya və kriminal janrda çəkilən seriallardır: "Həmin seriallarda Azərbaycan ailəsinə xas olmayan məsələlər qabardılır. "Qaynata-kürəkən", "Qaynana-kürəkən", "Ata-oğul", "Ata-qız", "Bacı-qardaş", "Hörmətsiz ağsaqqal", "Qeyrətsiz oğul" söhbətlərindən seriallardan gen-bol istifadə olunur. Bu da bizi narahat edir. Ona görə də bu gün televiziya rəhbərləri ilə görüşüb, bu problemləri aradan qaldırmaq istəyirik".

LENT

20 May 2019
19 May 2019

Digər xəbərlər >>>