<b>Əməkdar artistin oğlu hər kəsi aldatdı - <span style="color:red;">Elgiz YALANINI AÇDI</b>
06 mart 2019 16:22 (UTC +04:00)

Əməkdar artistin oğlu hər kəsi aldatdı - Elgiz YALANINI AÇDI

Əməkdar artist Rəhman Rəhmanovun oğlu, müğənni Emil Rəhmanovun “O səs Türkiyə” müsabiqəsində iştirak etməsi xəbəri yanlış imiş.

Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Elgiz Əkbər “Səhər-səhər” verilişində danışıb.  Emilin “O səs Türkiyə”yə qatılmadığını, hər kəsi aldatdığını qeyd edib: “Guya münsif Seda Sayan ağlayıb, zalın yarısı göz yaşı töküb. Nağıllardır, əfsanələrdir. İnsan danışır, müdaxilə etmədim. Amma gərək edərdim. Ortada Rəhman var idi, dəyər verirdim. Amma məlum oldu ki, o, heç zalın qapısından içəri girməyib.

Yarışmanın rəsmi səhifəsində Emilin adı da yox idi.  Sonra deyir ki, mənim verilişimdə bu haqda danışdığına görə yarışmadan çıxarıblar.  Heç bir çıxışın görüntüsü yoxdur. Hamısı yalan imiş, bunlara nə ehtiyac var? Bu söhbətlərdən sonra onlardan ürəyim qırıldı. Gərək belə şeylər etməyəydi”. 

Bu məqamda bildirək ki, Emil  “Hər şey daxil” proqramında Elgizin verilişində müsabiqə barədə danışdığı üçün “O səs”dən uzaqlaşdırıldığını söyləmişdi: “Elgiz sual verdi ki, hansı jüri sənin ifanı bəyənərək geri dönüb. Mən də bildirdim ki, Seda Sayan! Əslində, müsabiqə şərtlərinə görə, heç nə açıqlamamalı idim. Amma qaydanı pozdum”.

# 1749
avatar

Yalçın UĞUR

Oxşar yazılar