<b>Qazaxda top mərmisi aşkarlandı</b>
06 mart 2019 15:46 (UTC +04:00)

Qazaxda top mərmisi aşkarlandı

Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) daxil olan məlumat əsasında Qazax rayonunun Ağköynək, Cəfərli və Aslanbəyli kəndləri ərazisinə baxış keçirib. Bu barədə Lent.az-a ANAMA-dan bildirilib.

Xəbərdə qeyd olunur ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin Qazax sərhəd dəstəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazi Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K) və 1 ədəd 100 mm-lik top mərmisi (PS-34) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmilərinin ətrafında 1,600 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltıbaxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar-6 mart  tarixlərində 51 siqnal (əməliyyat çağırışı) əsasında 43 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Lənkəran şəhərləri ərazisində 5 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,075 ədəd partlamamış hərbi sursat (PHS) və 3 ədəd tank əleyhinə mina zərərsizləşdirilib, 41,845 kv.m ərazi yerüstü və 6,042 kv.m ərazi yeraltı yoxlanılıb.

 

 

# 406
avatar

Aygün İbrahimli

Oxşar yazılar