Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
06 mart 2019 15:19 (UTC +04:00)

Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
 
ETSN-dən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-si günün ikinci yarısından, martın 8-i axşamadək şimal-qərb küləyinin sürətinin 15-20 m/s olacağı, ayrı-ayrı yerlərdə arabir 23-27 m/s-dək güclənəcəyi gözlənilir. Temperatur ötən günlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.
 
Azərbaycanın rayonlarında martın 7-si axşama doğru, martın 8-də hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyinin sürəti arabir 15-20 m/s olacaq, bəzi  yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
 
Temperatur ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
# 2017
avatar

Aygün İbrahimli

Oxşar yazılar