[b]Problemli kreditlərlə bağlı kompensasiya necə ödəniləcək?[/b]
06 mart 2019 13:03 (UTC +04:00)

[b]Problemli kreditlərlə bağlı kompensasiya necə ödəniləcək?[/b]

“Azərbaycan Prezidenti İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanın əhatə dairəsinə düşən vətəndaşlara ödəniləcək kompensasiya onların kart hesablarına köçürüləcək”.
 
ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
 
İcraçı direktor vurğulayıb ki, vətəndaşların kompensasiyanı almaq üçün banklara getməsinə ehtiyac qalmayacaq: “Hazırda biz bu mexanizmin üzərində çalışırıq. Kompensasiyaların vətəndaşlara əlçatan, sadə üsulla ödənilməsi təmin ediləcək”.
# 755
avatar

Oxşar yazılar