<b>Ötən il neçə dini icmanın qeydiyyatı ləğv edilib? - <span style="color:red;">SAY AÇIQLANDI </b>
06 mart 2019 12:55 (UTC +04:00)

Ötən il neçə dini icmanın qeydiyyatı ləğv edilib? - SAY AÇIQLANDI

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) ötən il ümumilikdə neçə dini icmanın qeydiyyatdan keçirildiyini açıqlayıb.

Komitədən Lent.az-a verilən məlumata görə, 2018-ci ildə ümumilikdə 90 dini icma dövlət qeydiyyatından keçib. Onlardan 4-ü qeyri-müsəlman dini icmalarıdır.

Komitədən o da bildirilib ki, ötən il 32 dini icmanın qeydiyyatı öz müraciətləri əsasında ləğv  edilib: “Həmin dini icmalar qanunvericiliyə uyğun olaraq yeni qaydada dövlət qeydiyyatına alınmaları üçün müraciət edə bilərlər”.

Qeyd edək ki, 2009-cu ildə dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 908 dini qurum qeydiyyatdan keçib. Konfessional baxımdan onların 876-sı İslam, 32-i isə qeyri-islam  təmayüllüdür.

2017-ci ildə dini təhsil müəssisələrinin (kollec) dövlət qeydiyyatına alınması prosesi başlayandan 10 dini təhsil müəssisəsi dövlət qeydiyyatına alınıb.
Hazırda ölkə ərazisində 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir.

Azərbaycnada 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.


Ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

# 523
avatar

Aygün İbrahimli

Oxşar yazılar