[b]Kreditlə əlaqədar əmlakı satılanlara kompensasiya verilməyəcək[/b]
06 mart 2019 12:33 (UTC +04:00)

[b]Kreditlə əlaqədar əmlakı satılanlara kompensasiya verilməyəcək[/b]

 
“Əgər problemli kreditlə bağlı əmlak satılıbsa, bu kimi məsələlər Prezidentin problemli kreditlərlə bağlı fərmanının əhatə dairəsinə daxil deyil”.
 
ONA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icracı direktoru Vüsal Qasımlı Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını şərh edərkən bildirib.
 
İcraçı direktor qeyd edib ki, yalnız o halda həmin şəxslərə kompensasiya veriləcək ki, həmin şəxsin 2015-ci il fevral ayının 21-i və dekabrın 21-i tarixlərinə əsas borcu 10 min dollara qədər olsun: “O halda həmin şəxslər kompensasiya ala bilər”.
 
# 623
avatar

Oxşar yazılar