[b]Novruz şənlikləri yeni formatda keçiriləcək[/b]
06 mart 2019 12:14 (UTC +04:00)

[b]Novruz şənlikləri yeni formatda keçiriləcək[/b]

Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun dəstəyi və Bakı Turizm İnformasiya Mərkəzinin təşkilatçılığı ilə bu ilki Novruz şənlikləri festival formatında təşkil olunacaq.
 
Agentlikdən ONA-ya verilən məlumata görə festival “Sahil bağı”nda martın 10-dan 30-dək keçiriləcək.
 
Festival ərazisi Novruz elementləri və 4 çərşənbəyə müvafiq təbiət rəmzlərinə uyğun dekorasiya edilərək, tematik olaraq bir neçə hissəyə bölünəcək. Festival zonası hər gün saat 11-dən 21:00-dək, xüsusi bayram proqramının təşkil olunacağı 19, 20 və 21 martı əhatə edəcək bayram günlərində isə 23:00-dək ziyarətçilərə açıq olacaq.
 
Şənliklər ərzində dulusçu, xalçaçı, papaqçı, xarrat, kuklaçı, zərgər kimi sənərkarların əl işləri nümayiş etdiriləcək, master-klasslar göstəriləcək, həmçinin həmin məhsulların satışı üçün yarmarka təşkil olunacaq. Festival boyunca kulinarlar tərəfindən milli mətbəx nümunələri hazırlanacaq, animatorlar çıxış edəcək, əyləncəli və musiqili proqramlar qonaqlara təqdim olunacaq.
 
Festivalda UEFA final liqasının brend zonası yaradılacaq, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən futbol meydançası qurulacaq və idmançılarla imza günləri təşkil ediləcək.
 
İlk dəfə olaraq bayram günlərində Novruz personajları – Bahar qız, Kosa, Keçəl, eləcə də bayramın özü və çərşənbələrin personalizasiyası ilə yeni konsepsiyada musiqili teatr tamaşası (muzikal) nümayiş etdiriləcək.
 
# 591
avatar

Oxşar yazılar