BNA-dan Xeyrəddin Qocaya <span style="color:red;">CAVAB
06 mart 2019 10:14 (UTC +04:00)

BNA-dan Xeyrəddin Qocaya CAVAB

Bakı Nəqliyyat Agentliyi (BNA) Azərbaycan Yazıçılar Birliyinin üzvü, ölkənin İstanbuldakı keçmiş konsulu Xeyrəddin Qocanın quruma ünvanladığı tənqidlərlə bağlı açıqlama yayıb. 

Lent.az-ın məlumatına görə, BNA-nın açıqlamasında göstərilir ki, 4 mart tarixində Xeyrəddin Qoca “Bakı Nəqliyyat Agentliyinin əməkdaşları pul yığmaq üçün şəhərdə “at oynadırlar” kimi fikirlər yazaraq sosial şəbəkədə Agentliyin ünvanına şər və böhtan xarakterli ifadələr işlədib. Bununla yanaşı Xeyrəddin müəllim bəzi informasiya saytlarına da eyni məzmunda açıqlama verib.

Bütün bunların şər və böhtan xarakterli olduğunu açıqlayan agenlik məsələnin əslində necə baş verdiyini açqılayıb: “Əslində nə baş verib. Xeyrəddin müəllimin qızı idarə etdiyi dövlət qeydiyyat nişanı 90 VB 565 olan avtomobili parlament prospektində 20 nömrəli məktəbin qarşısındakı avtobus dayanacaq məntəqəsinin ərazisində qeyri-qanuni olaraq park edib. 10 dəqiqə 9 saniyədən sonra Qanunsuz Parklanmaya İntelektual Nəzarət Sisteminin kameraları vasitəsi ilə qayda pozuntusu qeydə alınıb və sürücü barəsində cərimə sanksiyası tətbiq edilib. Xeyrəddin müəllim isə qızının qayda pozuntusuna haqq qazandırmaq üçün başlayıb sosial şəbəkədə Bakı Nəqliyyat Agentliyinin ünvanına sərt və heç bir əsası olmayan şər və böhtan xarakterli fikirlər bildirməyə. 


Çox hörmətli Xeyrəddin müəllimin diqqətinə çatdırmaq istərdik ki, onun qızının və digər sürücülərin zəbt etdiyi dayanacaq məntəqəsi ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığı, avtobuslardan təhlükəsiz istifadəsi üçündür. Avtobus dayanacaq məntəqəsinin ərazisini zəbt etmək onlarla insanın tıxacda qalmasına səbəb olmaq, lüzumsuz yerə onlara əsəb və stres yaşatmaqdır”.

 

 

 

# 497
avatar

Aygün İbrahimli

Oxşar yazılar