<b>Fransada aksiyaçılar 65 maşını yandırdılar</b>
05 mart 2019 19:48 (UTC +04:00)

Fransada aksiyaçılar 65 maşını yandırdılar

Fransada etirazlar zamanı aksiya iştirakçıları 65 avtomobili yandırıblar.
 
Lent.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, aksiyalar Qrenobl, Eşirol və Sen-Marten-le-Vinu şəhərlərində daha güclü olub.
 
Ötən şənbədən başlayan etirazlara səbəb iki gəncin polis tərəfindən təqib edilərkən həlak olmasıdır.
 
Toqquşmalarda 16 yaşlı yeniyetmənin yaralandığı da bildirilir. Məlumata görə, xəsarət alanlar arasında polislər də var. Hadisələrlə əlaqədar 1 nəfər saxlanılıb.
# 562
avatar

Oxşar yazılar