[b]Lavrov kralla nədən danışdı?[/b]
05 mart 2019 19:19 (UTC +04:00)

[b]Lavrov kralla nədən danışdı?[/b]

Rusiya xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdüləziz tərəfindən qəbul edilib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə Suriya və Yəmən məsələləri müzakirə edilib.
 
Bundan başqa, görüşdə iki regional və qlobal mövzu, xüsusilə Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı əlaqələr müzakirə mövzusu olub.
 
Suriya və Yəməndəki ikitərəfli əlaqələr və böyüyən böhranın müzakirə edildiyini deyən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, görüş konstruktiv keçib.
 
Jurnalistlərin suallarını cavablandıran Boqdanov deyib ki, görüşdə jurnalisti Camal Kaşıkcının qətli məsələsindən də danışılıb.
# 637
avatar

Oxşar yazılar