Manqala daha bir il “Mançester Siti”də oynayacaq
05 mart 2019 18:19 (UTC +04:00)

Manqala daha bir il “Mançester Siti”də oynayacaq

İngiltərənin “Mançester Siti” futbol klubu Eliakim Manqala ilə olan müqaviləni uzadıb.
 
Lent.az-ın məlumatına görə, AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 28 yaşlı fransalı müdafiəçi Mançester təmsilçisi ilə daha bir illik müqavilə imzalayıb.
 
Manqala cari mövsümdə “Mançester Siti”nin heyətində oyuna çıxmayıb. O, klubda ümumilikdə 79 oyunda forma geyinib.
 
Qeyd edək ki, qış transfer pəncərəsində İstanbulun “Qalatasaray” klubu müdafiəçini transfer etməkdə maraqlı idi.
# 634
avatar

Oxşar yazılar