<b><span style="color:red;">AzTV-də növbəti təmizləmə:  "qara kassir" işdən çıxarıldı</b>
05 mart 2019 16:53 (UTC +04:00)

AzTV-də növbəti təmizləmə: "qara kassir" işdən çıxarıldı

Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV QSC) nəzdindəki “İdman Azərbaycan” kanalının iki əməkdaşı işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifədən uzaqlaşdırılıblar.
 
Bu barədə Lent.az-a daxil olan məlumatda bildirilir ki, onlardan biri – Şahin İbrahimov bir müddət əvvəl İctimai TV-dən də maliyyə qalmaqalına görə qovulsa da, yaxın qohumu Arif Alışanov tərəfindən  “İdman-Azərbaycan” telekanalında vəzifə ilə təmin olunmuşdu. Digər əməkdaş Tural Həmidzadə isə ciddi maliyyə yeyintisinə görə tutduğu vəzifədən azad olunaraq işinə xitam verilib.  
 
Mənbə bildirir ki, qurumda "qara kassir” kimi ad çıxaran Ş. İbrahimov bütün çəkilişlərə nəzarət edirmiş. 
 
Ş. İbrahimov və T. Həmidzadə A.Alışanovun vaxtından birinci müavin olan Elsevər Dünyamalıyevin yaxın adamları kimi tanınıb.
# 1119
avatar

Oxşar yazılar